Bir neçə gün əvvəl Ankarada PKK terrorçularının törətdiyi terror aktından sonra Türkiyə ordusu və kəşfiyyatı tərəfindən Suriya və İraqda PKK terror təşkilatın mənsublarına qarşı daha sərt müabrizə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi az əıvvəl daha bir yeni açıqlama yaylb.
Nazirlikdən bildirilib ki, bu gün İraqın şimalında daha 23 terrorçu məhv edilib: "İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində daha 23 PKK terrorçusu zərərsizləşdirilib".
Fürudin Səfərli
MİA.AZ