Hazırda paytaxtda yağıntılar səbəbindən Sabunçu tunelinə giriş-çıxış da bağlanıb. Bu barədə Qafqazinfo məlumat yayıb.
Bir neçə gün öncə adıçəkilən tuneldə yağışdan sonra yaranan problemlə əlaqləli iki nəfər boğularaq ölmüşdü.
Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel "Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan "Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martın 13-nə təsadüf edib.
www.anews.az