AZ

Bu ölkə İsraildən BMT-yə şikayət etdi

İraq İsrailin İrana zərbə endirmək üçün ölkənin hava məkanından istifadə etməsi ilə bağlı BMT-yə şikayət edib.

Yenicag.az xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.

Bildirilir ki, İraq öz hava məkanından və ya ərazisindən başqa ölkələrə hücum etmək üçün istifadə edilməsinə icazə vermir. Baş katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 1-də raket hücumuna cavab olaraq İrana zərbə endirib. İsraildən gözlənilən cavab tədbirinə hazırlaşan İran hakimiyyəti silahlı qüvvələrə müharibəyə hazır olmağı əmr edib.

Seçilən
80
34
yenicag.az

10Mənbələr