Nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, avtomobil yollarının bərbad vəziyyətə düşməsinin əsas səbəbi normadan artıq yüklənmiş avtomobillərdir:
“Bu məsələ çoxdandır ki, gündəmdədir. Həddin artıq yüklənmiş avtomobillər yolların sıradan çıxmasına səbəb olur. Əsasən, mişar daşı, qum, çınqıl, tikinti materialları, həmçinin, metal konstruksiyalarla yüklü nəqliyyat vasitələri illərdir yolları bərbad hala salıb. İndi magistralların bir neçə yerində yüklərə nəzarət mexanizmi olan tərəzilər quraşdırılıb və istifadəyə verilib. Gecikmiş addım olsa da, təqdirəlayiq haldır. Əlbəttə, daha tez həyata keçirilsəydi, yollar bu vəziyyətə düşməzdi”.
Ekspert xatırladıb ki, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı var:
“Qərar iriqabaritli və ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkətini tənzimləyir. Nəqliyyat vasitəsinin nə qədər yük götürə biləcəyi də qərarda qeyd olunur. Bu qərar Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsini, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrini, və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərini özündə əks etdirir. Bu qaydalara uyğun şəkildə yük maşınları öz yüklərini götürməlidir”.
Y.Mustafayev əlavə edib ki, bundan artıq yük daşıyan sürücülər müvafiq qaydada cəzalandırılır:
“İnzibati qanunvericilikdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə - təkrar törədilmə halları da daxil olmaqla, fiziki şəхslərin iki yüz manatdan min iki yüz manatadək, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin isə dörd min manatdan yeddi min manatdək məbləğində cərimə edilməsi nəzərdə tutulub.
Yeni yollar çəkilir, amma sırf bu səbəbdən müəyyən müddətdən sonra dağılır. Elektron tərəzilərin quraşdırıldığı yollarda qaydaları pozan yük maşını sürücüləri müyyən ediləcək və onlara qarşı ciddi tədbirlər görüləcək”.
Törə Zeynallı
Demokrat.az
10Mənbələr
-
turanpress.comOnları 7 minədək cərimə gözləyir - DYP-dən XƏBƏRDARLIQ ( 12481975)
-
ekologiya.azOnları 7 minədək cərimə gözləyir - DYP-dən XƏBƏRDARLIQ ( 12481351)
-
oxu24.comOnları 7 minədək cərimə gözləyir - DYP-dən XƏBƏRDARLIQ ( 12479077)
-
yenigundem.azOnları 7 minədək cərimə gözləyir – DYP-dən müraciət ( 12476524)
-
tribunainfo.azOnları 7 minədək cərimə gözləyir – DYP-dən müraciət ( 12475291)
-
demokrat.azBu qaydaları pozan yük maşını sürücüləri cərimələnəcəklər ( 12467563)
-
apress.azYol polisi yük maşınlarının sürücülərinə müraciət etdi ( 12464185)
-
hokm.azYol polisi yük maşınlarının sürücülərinə müraciət etdi ( 12464107)
-
fins.azYollarda yeni cihaz quraşdırılıb- Bu sürücülər cərimələnə bilər ( 12462481)
-
musavat.comOnları 7 minədək cərimə gözləyir - DYP-dən müraciət ( 12461104)