“Yüksək təzyiqdə limon çıxış yolu deyil. Hipertoniyanın müalicəsi limonla aparılmır”.
Bu barədə Nazirliyin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev təzyiqin müalicəsindən danışarkən deyib.
“Həkim müayinəsi və təyinatı üzrə dərman seçilir. Təzyiq problemi olan insanların limonla yüksək təzyiqi saxlamağa çalışması doğru deyil. Limonun öz yeri var, sarımsağın öz faydası var. Lakin əgər artıq təzyiq xəstəliyi varsa, zəruri dərman preparatlarından istifadə etmək lazımdır”, - o bildirib.