AZ

Sünnət toyunda DƏHŞƏT: 91 nəfər xəstəxanalıq oldu

Sünnət toyunda dəhşət yaşanıb. 

KONKRET.az söz.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində yaşanıb.

Toyda plov yeyən 50-yə yaxın qonaq axşam saatlarında zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət ediblər.

Onlarda ürəkbulanma və qusma şikayəti olub.

Daha sonra isə eyni şikayətlə xəstəxanaya müraciət edənlərin sayı 91-yə çatıb.

Müalicə alan şəxslərin həyati təhlükəsinin olmadığı öyrənilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Seçilən
12
5
konkret.az

6Mənbələr