AZ

Bərdəyə hücumlar müharibə cinayətidir

Bakı. Trend:

İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan bir çoxbeynəlxalq cinayətlər - təcavüz, soyqırımı, müharibə cinayətləri vəinsanlıq əlehinə cinayətlər törətmişdir. Bu sırada münaqişəzonasından kənarda yerləşən Bərdəyə düşmən silahlı qüvvələrininqanlı hücumları xüsusi yeri tutur.

2020-ci il oktyabrın 27-də erməni silahlı birləşmələri Bərdərayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinəraket zərbələri endirmişlər. Hücumlar nəticəsində 30 nəfər qətləyetirilmiş, 100 nəfər mülki şəxs müxtəlif dərəcəli bədənxəsarətləri almışdır, 30-dan artıq mülki obyektə, 20-dən artıqfərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə ağır zərəryetirilmişdir.

Mülki əhaliyə və mülki infrastruktura silahlı hücumlarbeynəlxalq hüquqda müharibə cinayətləri və insanlıq əlehinəcinayətlər kimi tövsif edilir və bununla da Ermənistan 6 iyun1993-cü ildə ratifikasiya etdiyi 12 avqust 1949-cu il tarixliCenevrə konvensiyaları və onların 8 iyun 1977-ci il tarixli I saylıƏlavə Protokolonu açıq-aşkar formada pozmuşdur.

Məlum olduğu kimi, “Beynəlxalq silahlı münaqişələrinqurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-cimaddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülkişəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülkişəxslərin hücum obyektinə çevrilməsini qadağan edir və bu cürəməllər müharibə cinayəti kimi qiymətləndirilir.

Digər fundamental müddəa I saylı Əlavə Protokolun 35-cimaddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, hər hansı silahlımünaqişədə onun tərəflərinin müharibənin aparılmasının vasitələrivə üsullarını seçmək hüququ məhduddur. Lüzumsuz xəsarətlər və yaartıq iztirablara səbəb olan silah, mərmi, maddələrdən və döyüşüsullarından istifadə etmək qadağandır. Həmçinin yeni növ silahlar,vasitələr və ya müharibə üsulları inkişaf etdirilərkən, əldəedilərkən və ya silahlı qüvvələr tərəfindən qəbul edilərkən,onların beynəlxalq humanitar hüquqa və Əlavə Protokoluniştirakçılarına münasibətdə tətbiq edilən digər beynəlxalqmüqavilələrə uyğun olması mütləqdir və bu qayda I saylı ƏlavəProtokolun 36-cı maddəsində nəzərdə tutulub.

“İskəndər” tipli raketlərin və ümumiyyətlə klaster, kassetsursatlarının tətbiqi beynəlxalq humanitar hüququn əsasprinsiplərindən olan mütənasibliyi kobud şəkildə pozur. Həminprinsip I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin“b” bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasındaitkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyanvurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbiüstünlüyə mütənasıb olmayan hücumlar qadağandır.

Nəzərə almaq lazımdır ki, silahlı münaqışələr hüququ müharibəqanunlarını və adətlərini pozan bir çox silah növlərinin tətbiqniniməhdudlaşdırır. Bunların sırasına yuxarıda qeyd olunan kassetsursatları da daxildir.

30 may 2008-ci il tarixdə qəbul edilən, 1 avqust 2010-cu ildəqüvvəyə minmiş və 110 iştirakçısı olan “Klaster (kasset) sursatlarıhaqqında” Dublin Konvensiyasına əsasən bu tip sursatlarınistehsalı, toplanması, tətbiqi qadağan olunur. Nəzərə almaqlazımdır ki, hətta bu konvensiya qəbul ediləndən əvvəl də kassetsursatlarının tətbiqi böyük narahatlıq doğururdu və 28 noyabr2003-cü il tarixində Cenevrədə “Həddən artıq xəsarət yetirən və yasecim etməyən konkret adi silah növlərinin qadağan edilməsi vətətbiqinin məhdudlaşdırılması haqqında” Konvensiyanın “Partlayıcımüharibə qalıqlarına dair” Protokolun (V saylı Protokol) qəbuledilməsində özünü birüza vermişdir.

Müasir beynəlxalq cinayət hüququ klaster sursatlarının tətbiqinimüharibə cinayəti kimi tövsif edir. Ermənistanın da iştirakçısıolduğu Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin 8-ci maddəsinəəsasən, “beynəlxalq silahlı münaqişələr hüququnun normalarınıpozaraq hədsiz xəsarətlər yetirən, lüzumsuz iztirablara səbəb olanvə ya mahiyyətinə görə hədəf seçməyən silahların, döyüşsursatlarının, avadanlıqların və ya müharibə üsullarından istifadə”edilməsi fərdi beynəlxalq cinayət məsulliyyətinə səbəb olur.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü

Seçilən
13
5
az.trend.az

7Mənbələr