AZ

COP29 ərəfəsində Ordubadda növbəti yaşıllaşdırma tədbirləri həyata keçirildi

Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik  İli” elan olunması haqqında müvafiq Sərəncamına uyğun olaraq və cari ilin noyabr ayında keçiriləcək COP29 tədbirləri çərçivəsində Ordubad rayonunda növbəti yaşıllıq aksiyası keçirilib.

18 oktyabr 2024-cü il tarixindən başlayan və ardıcıl olaraq davam etdirilən ağacəkmə aksiyası növbəti günündə də uğurla icra olunub. Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq Naxçıvan-Ordubad magistral yolunun hər iki tərəfində, eləcə də rayonunun Dəstə, Aza, Düylün və Əylis kəndlərində salınan yaşıllıq zolaqlarında meyvə tingləri və dekorativ ağaclar əkilib. Aksiya zamanı, həmçinin rayon ərazisində salınan bağlarda abadlıq işləri görülüb, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. 

Seçilən
1
6
demokrat.az

7Mənbələr