AZ

Türkiyəni sarsan cinayətlə bağlı yeni detal üzə çıxdı - FOTO

2009-cu ildə Türkiyənin İstanbul şəhərində sevgilisi Cem Qaripoğlu tərəfindən qətlə yetirilən Münəvvər Karabulutun istintaqı üzrə yeni detal ortaya çıxıb.

Ölkə.Az Türkiyənin “sabah” qəzetinə istinadla xəbər verir ki, M.Karabulutun ailəsinin istəyi əsasında məzarın yenidən açılması zamanı məzarda qanlı polietilen paket parçası tapılmışdı.

İstanbul Regional Kriminal Polis Laboratoriyasında aparılan müayinə nəticəsində paketdəki qan nümnəsinin insana aid olmadığı və genetik analizə cavab vermədiyi üzə çıxıb. Həmçinin paketdə bədən mayesi nümunəsinin olmadığı da bildirilib.

Bundan sonra qətlə yetirilən gənc qızın ailəsinin vəkilləri polietilen paketin yenidən araşdırılması və hesabat hazırlaması üçün aidiyyəti qurumlara ərizə ilə müraciət edib. 

Xatırladaq ki, 17 yaşlı M.Karabulut 2009-cu ilin 3 martında 1 ildir tanış olduğu sevgilisi tərəfindən bıçaqlanaraq öldürülüb. Onun cəsədi başı bədənindən ayrılmış formada zibil qabında tapılıb. Cinayəti törədən C.Qripoğlu 24 il müddətinə azadlıqdan məhrum edilsə də, onun 2014-cu ildə həbsxanada özünə qəsd edərək öldüyü bildirilirdi.

Buna baxmayaraq M.Karabulutun ailəsi ölən şəxsin C.Qaripoğlu olmasından şübhə duyub. Buna görə də cəsədin eskumasiya edilməsi tələbi qaldırılıb.
Bu yaxınlarda sosial şəbəkələrin Türkiyə seqmentində evin tək övladı olmasına baxmayaraq C.Qaripoğlunun məzarının baxımsız olması diqqət çəkmişdi. Bu da cinayətkarın əslində ölmədiyi barədə iddiaları gücləndirmişdi.

Oktyabın 3-də isə cəsədin eskumasiyası üçün C.Qaripoğlunun məzarı açılsa da, orada kəfən olmadığı bildirilirdi. Məzardakı sümük və digər qalıntılar götürülərək laboratoriyaya aparılmışdı.

Billurə

Seçilən
65
3
olke.az

4Mənbələr