AZ

Vasitəçilər olmadan ikitərəfli tənzimləmə prosesi həyat keçiriləcək……

Milli Məclisin deputatı Elman Nəsirov Rusiyada keçirilən BRICS konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin səmimi görüntülərinin dünya mediasında diqqət çəkməsinə və bu barədə müzakirələrə münasibət bildirib. 

Millət vəkili  Elman Nəsirov açıqlamasında deyib ki,  bu görüş vasitəçilər olmadan keçirilib, sadəcə, Rusiyanın təşkilatçılığı ilə reallaşdırılan bir görüşdür: “Görüntülərdə müsbət psixoloji ovqatın olduğu diqqətdən yayınmır. Hər iki dövlətin siyasi lideri birbaşa təmas çərçivəsində, xoş, müsbət atmosfer şəraitində ikitərəfli tənzimləmə prosesinin detallarını müzakirə edir. Belə bir inam yaranır ki, siyasi liderlər müsbət atmosfer ruhunda danışıqlar aparırlarsa, xarici işlər nazirlərinə də sülh prosesinin yekunlaşdırılması ilə bağlı tapşırıqlar verirlərsə, deməli, artıq xarici işlər nazirləri həllini tapmalı olan digər 3 bənd üzrə də danışıqlar prosesini sürətləndirəcəklər. Çünki 13 məsələdə razılaşma əldə edilib. 80-90% məsələ öz müsbət həllini tapıb. Həllini tapmayan 10-20% məsələ ilə bağlı xarici işlər nazirlərinin intensiv iş rejimində işləyəcəklərini proqnozlaşdırmaq olar. Ən azı hər iki dövlətin liderinin bir-biri ilə söhbət zamanı xoş ab-havada danışmaları diqqətdən yayınmır. Bu, mətbuatda da geniş işlandırıldı. Görüntülərdə neqativ atmosfer olması ilə bağlı diqqəti cəlb edən heç bir məqam yoxdur. Bu nöqteyi-nəzərdən hesab etmək olar ki, Ermənistan Baş naziri artıq ikitərəfli formata üstünlük verməyə başlayıb. Bu isə özü özlüyündə Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrdən gələ biləcək tövsiyələrin Paşinyan tərəfindən qulaqardına vurulmasına münbit şərait yarada bilər. İnanmaq istərdik ki, Kazan görüşündəki xoş ab-hava nəticədə sülh prosesinin məntiqi sonluğa çatması üçün mühüm rol oynayacaq. Güman etmək olar ki, COP29 tədbirindən sonra artıq sülh prosesi ilə bağlı daha böyük addımlar atılsın”.

 

Seçilən
35
xalq.az

1Mənbələr