Britaniyalı pop müğənni Adel bakterial infeksiyaya görə sol qulağında eşitmə qabiliyyətini qismən itirdiyini bildirib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Adel infeksiyaya avqust ayında Almaniyanın Münhen şəhərində yoluxub.
"Məndə qulaq iltihabı var. Əvvəllər heç vaxt belə şey olmayıb. Dözülməz ağrı verir. Bu, su ilə yoluxan nadir bir bakteriyadır və müalicəsi çox çətindir. Əvvəlcə səhv antibiotiklərlə müalicə ediblər. Ağrıdan qulağımı kəsmək istədiyim vaxtlar olub. Artıq ağrım yoxdur, amma sol qulağımda bir az karlıq var", - deyə Adel qeyd edib.