AZ

İsrail İranın müdafiə sistemlərinə və raket istehsalına ziyan vurdu - Netanyahu

İsrail İrandakı müdafiə sistemlərinə və raket istehsalı obyektlərinə ciddi ziyan vura bildi.

Ucnoqta.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Knessetin qış sessiyasının açılışında deyib.

“Biz İranın müdafiə sistemlərinə və onun raket istehsal etmə qabiliyyətinə ciddi ziyan vurduq, sənaye müəssisələrinə hücum etdik və onlara real ziyan vurduq”, - deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrailin uzunmüddətli strategiyası İranın şər oxunu dağıtmaqdır və həmçinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Seçilən
94
36
ucnoqta.az

10Mənbələr