Dünya şöhrətli müğənni Adel nadir xəstəliyə tutulub.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, bu haqda o, öz sosial şəbəkə hesabında məlumat yayıb.
Adel bildirib ki, qeyri-adi xəstəlik səbəbindən eşitmə problemi yaşayır.
36 yaşlı ulduz, hətta doğuş sancılarını da üstələyən ağrılar yaşadığını etiraf edib.
Adel nadir bir su bakteriyasına yoluxduğunu bildirib.