Ankarada oktyabrın 23-də baş verən terror aktından sonra 213 terrorçu məhv edilib.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Terror aktından sonra hədəfə alınan zərbələr terror təşkilatının [Suriya və İraqdakı] 470 hədəfinə endirilib. Terror aktına görə məsuliyyət daşıyan cinayətkarlar da daxil olmaqla, ümumilikdə 213 terrorçu zərərsizləşdirilib”, – Ərdoğan deyib.
Türkiyə lideri hədəflərin müəyyən edilməsi və məhv edilməsində Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) iştirak etdiyini bildirib.