Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 600 mindən çox rus əsgəri həlak olub və ya yaralanıb. Şimali Koreyadan əsgərlərin cəbhəyə cəlb olunması Rusiya Prezidenti Vladimir Putinin çarəsizliyinin əlamətidir.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte deyib.
Brüsseldə keçirilən mətbuat konfransında Rutte Şimali Koreya qoşunlarının Rusiyaya, eləcə də onların ayrı-ayrı hissələrinin Kursk bölgəsinə köçürülməsini təsdiqləyib:
“Şimali Koreya ordusunun Rusiyanın Ukraynaya hücumunda iştirakı həm Hind-Sakit okean regionunda, həm də Avro-Atlantik məkanda təhlükəsizliyə təhdiddir”.
NATO rəhbərinin sözlərinə görə, Şimali Koreya qoşunlarının Rusiyaya gəlməsi Ukraynada müharibənin əhəmiyyətli dərəcədə genişlənməsini ifadə edir. O, Moskva və Pxenyanı bu hərəkətləri dərhal dayandırmağa çağırıb.