AZ

"Qaranlıq turizm" üçün cənnət - 100 mindən çox insanın öldüyü adanın sirri (FOTO)

Poveliya adası İtaliyanın ən sirli yerlərindən biridir. 

Qaynarinfo "Exspress"ə istinadən xəbər verir ki, ada ictimaiyyət üçün açıq deyil və onu şəxsən görmək üçün xüsusi icazə tələb olunur.

Adada ilk dəfə məskunlaşma VII əsrdə olub və yaşamaq üçün sakit yer kimi tanınıb. 1378-ci ildən 1381-ci ilə qədər davam edən Kyoji müharibəsi zamanı isə hər şey dəyişib. Nəticədə Poveliya baxımsız qalıb.

1776-cı ildə ada yerli Xalq Sağlamlığı Departamentinin nəzarətinə keçib və gömrük nəzarəti üçün istifadə edilib. Vəba zamanı bu yerdə karantin təşkil edilib və XX əsrdə Poveliyada psixiatriya xəstəxanası yerləşib.

Adanın dəhşətli hekayəsi odur ki, vəba zamanı burdan xəstələrin cəsədlərinin yandırılması üçün istifadə edilib. Mütəxəssislərin hesablamalarına görə, burada 100 minə yaxın cəsəd yandırılıb. Bundan əlavə, ölülərin "taun çuxurları"na atıldığı haqda xəbərlər yayılıb.

Nəşr qeyd edib ki, hazırda ada tamamilə tərk edilib. Burada məskunlaşma vaxtından çox az şey qalıb, lakin qədim sakinlərin bəzi izləri hələ də görünür.

Poveliya üç kiçik adadan ibarətdir ki, bunlardan ikisi təbii şəkildə əmələ gəlib, üçüncüsü isə taxta dirəklərdən və bir neçə torpaq qatından istifadə olunduğuna görə Venesiyaya bənzəyir.

Adalardan biri tamamilə bitki örtüyü ilə örtülüdür, digərində isə əsas tikililər yerləşir. Onlardan ən kiçiyi səkkizbucaqlıdır ki, qorunmaq üçün kiçik qala kimi istifadə olunub.

Adada xəstəxana, psixiatriya palatası və bir neçə həbsxananın qorunub saxlanması "qaranlıq turizm" həvəskarlarının xoşuna gələcək. Ancaq adaya çatmaq o qədər də asan deyil.

Poveliyaya səfər etmək üçün xüsusi icazə üçün müraciət etməlisiniz. Çox vaxt bu icazələr çəkiliş qruplarına, alimlərə və ya fotoqraflara verilir.

Aydın


Seçilən
40
50
qaynarinfo.az

10Mənbələr