AZ

Zəfər xronikası. 31 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi dərcedilib.

Trendmüsahibəni təqdim edir:

- Sentyabrın 27-də müharibə başladı. Sizin, "kim birinciatəş açdı" sualına cavabınız nədir?

- Cavab, Ermənistandır və bizim sübutlarımız var. Çünki mülkişəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi.Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci,iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycansərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçulararasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında başvermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısıtərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülkişəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləriağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu,belə başlamışdır.

- Siz çox tutarlı və sərt cavab verdiniz. Nə üçün budəfə belə etdiniz? Bu, İsrail və Türkiyə dronlarına görə AzərbaycanOrdusunun üstün qüvvəyə malik olduğu üçün baş verdi?

- İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yerigəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzitorpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribataqarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistandayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə dədayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlarbizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çoxuzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülkişəxslər arasında çoxlu qurbanlarımız var - bu vaxtadək 69 nəfər.Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməliidik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər.

- Başa düşdüyümə görə Siz xüsusilə cənubda müəyyəntorpaqları azad etmisiniz, lakin, eyni zamanda, Dağlıq Qarabağayaxın, şimalda da. Bu müharibə nə qədər davam edəcək?

- Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bugün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razıolmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələnidanışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayişetdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildəpozmuşdur.

- Onlar da eyni sözləri deyirlər.

- Bəli, əlbəttə ki, onlar deyirlər. Lakin baxın, görün nələr başverib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbətigün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar.Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülkişəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakinbu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peykvasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədrölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlareyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onupozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raketatanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasındayeddi yaşlı bir qız var. Beləliklə, bunu onlar ediblər. Bunu bizimetdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bununəksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Bizonlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülkişəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk.Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə,əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakitdura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çoxmüdafiə olunuruqsa, daha çox əraziləri azad edirik.

- Bu, eyni ilə onların iddia etdiyi məsələlərdir. Onlariddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. HəttaSizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadəetdiyinizə dair "Amnesty International" və "Human Rights Watch"təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növsilahlardan istifadə edirsiniz?

- Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz"Amnesty International" və "Human Rights Watch" təşkilatlarınıAzərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələriyalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlməküçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyiilə bağlı böyük şübhələr var.

- Lakin mənim indi bildiyimə görə onlar gəlirlər. "HumanRights Watch" təşkilatı gəlir, mənə deyiblər.

- Onlar bizim "Nəyə görə buraya gəlmirsiniz?" dediyimizə görəgəlirlər. Biz onlara "xahiş edirik, buraya gəlin" müraciətinietdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birincinövbədə niyə gəlmədilər?

- Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçədəfə müraciət ediblər, lakin Siz onlara girişə icazəverməyibsiniz.

- Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görəgəlmədiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlərdemişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə dəballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməzki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərinyaşadığı istənilən yerə ballistik raket atmışıq.

- Gəlin, yenə Sizdən kasetli silahlarla bağlı soruşum.Çünki Sizin də bildiyiniz kimi bu, çox ciddi mövzudur. Mən "HumanRights Watch" təşkilatının araşdırmasına baxdım və sübut ondanibarət idi ki, çox maraqlıdır, onların şəkilləri var idi, onlardahətta silahın adı da var idi. Onların dediyinə görə, onun adıİsrail istehsalı olan LAR 160 kasetli bomba idi. Bu faktlarıhəqiqətən də mübahisə predmetinə çevirirsiniz?

- Bəli, əlbəttə ki. Bununla bağlı heç bir sübut yoxdur. Mənistərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər.Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərinhansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsizolsunlar...

- Onlar burada silah tapsalar, Siz onların araşdırmasınagüvənərsiniz?

- Onlar bunu etməlidirlər. Çünki onların "yox" demək imkanıyoxdur. Qoyun, onlar desinlər. Çünki bu vaxtadək "Human RightsWatch" və "Amnesty International" təşkilatları Azərbaycana qarşıçox aqressiv idi. Onlar heç vaxt Ermənistanda insan haqlarınınpozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistanhəbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanınəsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssizidilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssizidilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarındaerməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanınimicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq,biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərinidesinlər.

- Əslində, Siz heç vaxt BMT-nin kasetli silahlarıhaqqında konvensiyasını imzalamayıbsınız. Nəyə görə, bu, Sizin üçünproblemdir? Əslində, Siz ondan istifadə edəbilərdiniz.

- Ermənistan onu imzalayıb?

- Xeyr, lakin biz indi Ermənistandan deyil,Azərbaycandan danışırıq.

- Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyanıimzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadəetməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədərsilah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onlarıdöyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, bizəraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri,şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycanbayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, beləedilir.

- Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azadetmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağınmuxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəddeyilmi?

- Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rəddediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyəbilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, beləadlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplərAzərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasınınəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə ikirayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldanazad edilib. Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimisöyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanındagördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə dəbu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki,onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgərərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayəyatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkamtexnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi.Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçilərivə bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuzedirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində bunanail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddirayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlardayaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar,- müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insanvar idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır.

- Azərbaycanın heç bir təsiri olmadan muxtarrayon?

- Bu, müzakirələrin bir hissəsi idi. Lakin biz bununla bağlıyekun razılığa gəlmədik.

- Lakin Siz buna razılaşardınız?

- Biz bunu indi müzakirə etməliyik. Çünki indi ortada yenireallıq var. Biz həmişə eşitmişik ki...

- Siz orada - muxtar regionda hansı təsirə malik olmaqistəyirsiniz? Bu, özü-özlüyündə ziddiyyət təşkil edir.

- Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik.Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndəermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımızmüstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib.Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərəalmalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunlarınəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklifetdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indibiz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazırolduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq vədanışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etməküçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq.Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzindəhəmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və buda onların məğlubiyyətinin əsas səbəbidir.

- Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortayaçıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Oradaresurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?

- Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçünönəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalqsəviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil.Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milliqürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalqhüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanınayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMTTəhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalanqətnamələrini icra edirik.

– Siz qəbul edirsiniz ki, bu regionda insanlarınəksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilərolub?

– Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIXəsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülhsazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianovimzalamışlar - sonra köçürülüb və ya gətirilib.

– Onlar orada əsrlərboyu yaşamırlar?

– Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ciillərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülhsazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görəbilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilərsonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionunetnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.

– Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrəekspertlərin əksəriyyəti səhv edirlər?

– Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansıtarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasiüstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın,internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali iləbağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm.Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki,bəli, onlar 200 il ərzində orada yaşayıblar və "Qarabağ" sözüAzərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar DağlıqQarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert.Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməniəsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılaraqarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu,qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyəpaytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünkionlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilərDağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidəucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 ilboyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Məndəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını vəermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağınıistəyirik, nəyin bahasına olursa-olsun.

– Buna baxmayaraq, bu insanlar Sizin hərbiəməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruzqalırlar?

– Xeyr, əsla. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar DağlıqQarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədənDağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etniktəmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq.Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi dəetməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdəyaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik.

– Lakin indi orada, son bir neçə həftədə mülki şəxslərqətlə yetirilib?

– Azərbaycanın da mülki şəxsləri qətlə yetirilib – 69 nəfər.

– Orada da.

– Bəli. Çünki bu, müharibədir. Lakin 69 mülki şəxs münaqişəzonasından uzaqda olan Gəncədə və digər ərazilərdə qətlə yetirilib,300-dən çox mülki şəxs yaralanıb. Bu, müharibədir. Əfsuslar olsunki, bu, olur.

– Mən 5 il İsraildə yaşamışam. Yaxşı bilirəm ki, İsraildronları çox dəqiqdir. Demək istəyirəm, mənim anladığım qədəri iləbu, dron vasitəsilə edilməyib?

– Xeyr.

- Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbəendirilib.

– Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanınsəhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizigünahlandırmaq üçün bunu özləri ediblər.

- Xristianlar öz kilsələrinə atəş açıblar?

– Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərinigörmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum ikihəftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu,bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş olabilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq.Biz onu bərpa etmişik.

- Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscididağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz?

– Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyədə yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunubsaxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz oradaminlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmişZəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır.

– Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda birnəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqlarıekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm dəxalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları iləbağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçünbaşlamısınız.

– Bu, tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbsolunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyəbilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var?

– Hazırda məndə adı yoxdur, öyrənərəm.

– Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsızhesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumatyoxdur. Diqqətin yayındırılmasına gəlincə, diqqəti yayındırmağaehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadanəvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mənsiyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Bizpraktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azıbir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıqmüraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar,onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesəbaşladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var.Siyasi proses çox səmərəlidir.

– Azərbaycanda bir çox müxalifət üzvləri də həbsdədeyilmi?

– Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbsediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur vəmüxalifət...

– Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməkləbağlı?

– Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Məndəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adicinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkincisi,pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardanbiridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropaölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluqsəviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir,xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımızxarici borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur,niyə mən buna başlamalıyam.

– Siz Azərbaycanı demokratiya nümunəsiadlandırardınız?

– Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsiadlandırarsınız?

– Müəyyən mənada, bəli.

– Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.

– Xeyr, belə deyil.

– Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist - adınıunutmuşam. Siz onlara qadağa qoydunuz.

– Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, həttakoronavirus dövründə də etirazlar keçirirdilər.

– Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik vəözümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərənölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz "sarıjiletlilərin" etirazlarında neçə nəfərin qətlə yetirildiyinibilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib.

– Amma biz Fransa barədə danışmırıq.

- Xeyr, gəlin, Avropa barədə danışaq.

– Azərbaycan barədə...

– Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardandanışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımızvar.

– Mən cənab Makrondan bu barədə soruşaram.

– Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçılarıqətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropadaetirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarladöyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesabolunur.

– Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbiəməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsbedir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləriilə söhbət etdik. Onlar Türkiyədən olduqlarınıdedilər.

– Siz əsgərlərlə danışmısınız?

– Bəli.

– Döyüş meydanında?

– Xeyr, döyüş meydanında yox.

– Bəs harada?

– Bakı şəhərində.

– Onlar burada, Bakıda döyüşürlər?

– Xeyr, xeyr. Bununla belə, onlarburadadırlar.

– İndi burada alman əsgərləri də ola bilər.

– Siz birgə hərbi təlimlər keçirirsiniz...

– Bəli, bəli, keçiririk.

– Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, SizTürkiyədən kömək gözləyərsiniz?

– Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik.Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki biziəhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Bizbilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etməkistəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimləErmənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqdadurmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlutəlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramınınbir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıdagörmüsünüz, onları döyüşdə görməmisiniz.

– Türkiyəyə məxsus F-16-lar burada - Azərbaycandaolduğuna görə özünüzü daha təhlükəsiz hiss edirsiniz?

– Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilərbizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlarhəmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştiraketmir. Onların burada iştirakı planlaşdırılmır.

– Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biriRusiya, biri isə ABŞ-la danışıqlar nəticəsində elan edilmişdi. Bumüharibəni hansı beynəlxalq güc dayandıra bilər?

– Düşünürəm ki, bunu Ermənistan dayandırmalıdır. Beynəlxalq güc– sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir.Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasınınüzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistan qoşunlarınınçıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr buqətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağızüzərində qalıb. Bu, onu göstərir ki, bu vasitəçilik səmərəliolmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqaölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibənidayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın,öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin vəsonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün.Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayandaonlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indidayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra dadayana bilərdilər. Dayanmadılar.

– Sizdə elə bir hiss varmı ki, onlar bu münaqişədəhəqiqətən də maraqlı deyillər?

– Siz kimi nəzərdə tutursunuz?

– Məsələn, həmin üç ölkə.

– Xeyr, məndə belə bir hiss yoxdur. Çünki əgər onlar maraqlıolmasaydılar, vasitəçi olmazdılar. Onların ATƏT-dən mandatıvar.

– Lakin vasitəçilik uğurlu olmadı?

– Bəli, uğurlu olmadı, çünki onlar Ermənistana sanksiya tətbiqetmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistana qarşısanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işğaledəndə İraqa qarşı sanksiyalar tətbiq edilmişdi, dərhal. İraqaqarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistanaedilsəydi, onda onlar qüvvələri geri çəkərdilər.

– Deməli, onlar göz yumdular?

– Bəli, onlar göz yumdular. Mən deyərdim ki, göz yummadılar,onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar buvəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsiniistəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsionları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurulabilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzimonitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşmaolmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarınıicra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm,bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesajverə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər.

– Siz onlara qulaq asırsınız?

– Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaqasdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram.

– İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəniaparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavabnədir?

– Heç bir cavab yoxdur. Mən bir aydır bu sualı verirəm. Bizilkin hesablama aparmışıq.

– Mənə elə gəlir ki, bu sualı davamlı olaraq verənşəxsdə müəyyən mənada bir cavab olmalıdır.

– Cavabım olsaydı, soruşmazdım. Hələ də soruşuramsa, o deməkdirki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkinhesablama aparmışıq, yeri gəlmişkən, mən bizim məhv etdiklərimizinhamısını açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və qənimətkimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pulharadan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyarddollardan azdır. Onun xarici borcu 8 milyard dollardır.

– Onları Rusiya dəstəkləyir.

– Bu, sizin fikrinizdir?

– Bu, rəsmidir. Sirr deyil. Başqa kimsəvar?

– Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bircavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm.

– Zati-aliləri, cənab Prezident, müsahibəyə görə çox sağolun.

– Təşəkkür edirəm.

Zəfər
Zəfər
Məqalədə:
Seçilən
56
50
az.trend.az

10Mənbələr