1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, ölkəmizin BRICS sammitində iştirakı Azərbaycanın yalnız beynəlxalq münasibətlərdəki yerini möhkəmləndirmək üçün deyil, həm də çoxtərəfli diplomatiyanın mühüm bir hissəsi olaraq xüsusi önəm kəsb edir.
Dövlət başçımızın Rusiyanın Kazan şəhərində BRICS ölkələrinin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etməsi üçün ora dəvət edilməsi də, əslində, Azərbaycanla əlaqələrin getdikcə daha da sıx inkişaf etməsinin göstəricisidir. Dünya mediası da bizi bu mənada diqqətlə izləyir. Rusiyanın "Kavkazskiy Uzel" nəşri oxucularının diqqətinə çatdırıb ki, Ermənistan Azərbaycanla delimitasiya üzrə komissiyalara dair Əsasnaməni təsdiqləyib. Mənbə Ermənistan mətbuatına istinadən xəbər verir ki, sənəd baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Pakistanın "The Europe Today" nəşrində Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlaması yer alıb. O, Azərbaycanın Qarabağdakı hərəkətlərinin beynəlxalq hüquqa uyğun olduğunu etiraf edib.
Müsahibəsində A.Simonyan Azərbaycanın hərbi əməliyyatlarının BMT-nin qətnamələrinə uyğun həyata keçirildiyini açıqlayıb. O, həmçinin Ermənistan rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək səylərini qəbul etməyə başladığını qeyd edib.
Finlandiyanın "Maaseudun Tulevaisuus" qəzetində Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında Azərbaycanın təşəbbüslərinə həsr olunan növbəti məqaləsi dərc olunub.
Məqalədə Zaur Əhmədov köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, COP29-un keçirilməsi zamanı atəşkəs və "The Climate Initiative" kimi Azərbaycanın təşəbbüsləri haqqında danışıb.
Ətraflı Baku TV-nin süjetində: