Madrid “Real”ı 2023/24 mövsümündə ilin ən yaxşı klubu seçilib.
QOL.az xəbər verir ki, “Kral klubu” “Borussiya” (Dortmund), “Jirona”, “Bayer” və “Mançester Siti”ni qabaqlayıb.
Qeyd edək ki, bu dəqiqələrdə Parisdə keçirilən ilin ən yaxşılarının təqdimetmə mərasimində “Real”dan heç kim iştirak etmir. Bu səbəbdən də Madrid klubunun qalib olması açıqlanandan dərhal sonra tədbirin aparıcıları növbəti nominasiyaya keçiblər.