Bu gün saat 16-da Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində qaya parçalarının yola doğru sürüşdüyü və bunun avtomobillərin hərəkətinə mane oduğu müşahidə edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları dərhal ərazini nəzarətə götürüblər.
Onların aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər gördüyü, hərəkətin nizamlanmasını həyata keçirdiyi bildirilir.
APA xəbər verir ki, Bakı Kənar Dairəvi yolunda təhlükənin qarşısı alınıb.