AZ

Bəzi Avropa ölkələrində gənclərin əksəriyyəti valideynləri ilə yaşayır

Avropada gənclərin əksəriyyətinin valideynləri ilə yaşamağa davam etdiyi ölkələr əsasən Cənubi və Şərqi Avropa ölkələridir.

Publika.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və “Eurostat”ın məlumatlarına əsasən, bu ölkələrdə gənclər ata evini daha gec yaşda tərk edirlər.

Avropa İttifaqının Statistika Ofisi “Eurostat”ın hesablamalarına görə, Aİ-də yetkin insanlar valideynlərinin evindən orta hesabla 26 yaşında çıxırlar. Lakin bu yaş ölkədən ölkəyə fərqli olaraq dəyişir. Məsələn, Finlandiya, İsveç və Danimarkada gənclər adətən 21 yaşında evi tərk edirlər. Əksinə, Xorvatiya, Slovakiya, Yunanıstan, İspaniya, Bolqarıstan və İtaliyada isə bu, adətən, ən azı 30 yaşına qədər baş vermir.

OECD-in məlumatlarına əsasən, hazırda valideynləri ilə yaşayan gənc yetkinlərin sayı Cənubi Avropa ölkələrində yüksək səviyyədədir. Belə ki, ailəsi ilə birlikdə yaşayan 20-29 yaşlı gənclərin ən yüksək nisbəti 80 faizlə İtaliyada, 78 faizlə Yunanıstanda, 77 faizlə İspaniyada və 76 faizlə Portuqaliyada qeydə alınıb. Müqayisə üçün, bu nisbət Britaniyada 43 faiz, ABŞ-da isə 39 faizdir. Skandinaviya ölkələrində - Norveç, Finlandiya, İsveç və Danimarkada isə göstərici 20 faizdən də aşağıdır.

Seçilən
64
1
publika.az

10Mənbələr