AZ

4-ü avtomat olmaqla 31 odlu silah müsadirə olunub - Fotolar

4-ü

Son 25 gün ərzində keçirilən silsilə əməliyyat və profilaktiki tədbirlər nəticəsində Şəki (Şəhər) Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlarda qanunsuz saxladıqları ümumilikdə 31 odlu silah aşkar edərək götürüblər.

Bu barədə Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər.

Məlumata görə, həmin 31 odlu silahdan 4-ü “Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı ov tüfəngləridir.

Qeyd edək ki, 2023-cü il ərzində Şəki (Şəhər) Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş əməliyyat və profilaktiki tədbirlər nəticəsində 6-sı avtomat, 5-i tapança, 8-i yivli “TOZ”, 70-i isə müxtəlif markalı yivsiz tüfənglər olmaqla ümumilikdə 85 odlu silah müəyyən edilərək götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə şöbə əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.



Seçilən
893
19
reyting.az

10Mənbələr