AZ

Birdəfəyə 2400 kilometr gedir - HƏR 100 KM-Ə 2,62 LİTR YANACAQ

Çinin «Geely» şirkəti avtomobilin gediş məsafəsinə görə, «Toyota» və «BYD» şirkətlərini qabaqlamaq üzrədir.

FED.az xəbər verir ki, «Geely Thor» superhibrid sistemində tətbiq edilən texnologiyalar birdəfəyə 2390 km məsafə qət etməyə imkan verir, bu rejimdə 100 km-ə sərf edilən yanacaq 2,62 litrə düşür.

«Geely Thor» sistemi «Geely»nin yeni modeli olan «Galaxy L6»də tətbiq edilib.

Avtomobildə qurulan daxili yanma mühərrikinin istilik effekttivliyi 46%, tam yanacaq və tam enerji dolu halda 2390 km məsafə qət edə bilir. Müqayisə üçün bildirək ki, Çinin digər şirkəti olan «BYD»nin yeni sistemi 2100 km qət etməyə imkan verir, «Toyota»nın hibridlərində isə bu göstərici daha aşağıdır.

Seçilən
61
fed.az

1Mənbələr