AZ

Trampın “kiçik sirri” ABŞ demokratları arasında çaxnaşma yaradıb

Tramp respublikaçıların “kiçik sirrini” açıb və demokratlar arasında panikaya səbəb olub...

Respublikaçıların Nümayəndələr Palatası və onun spikeri Mayk Consonla bağlı “kiçik sirri” var.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin The New York Times qəzeti Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp istinadən məlumat yayıb.

“Düşünürəm ki, kiçik sirrimizlə Nümayəndələr Palatasında çox yaxşı iş görəcəyik, elə deyilmi?” deyə mitinqdə Tramp səhnədən Nümayəndələr Palatasının spikeri Mayk Consona müraciət edib.

Trampın fikrincə, “kiçik sirrin” böyük təsiri olacaq.

“Conson və mənim kiçik sirrimiz var, seçki bitəndə bitəndə bunun nə olduğunu sizə deyəcəyik”, deyə Tramp tərəfdarlarına vəd edib.

NYT-nin məlumatına görə, Tramp “sirrinin” nə olduğunu açıqlamayıb və bu, “seçki saxtakarlığı”ndan narahat olmağa başlayan ABŞ Demokrat Partiyasının nümayəndələrinin sərt reaksiyasına səbəb olub.

Qəzet yazır ki, Conson nəşrə şərh verərək təsdiqləyib ki, əslində bir “kiçik sirr” var və o, hələlik bu sirri açıqlamağı düşünmür.

Poliqon.info

phrase_var_article.chosen
64
1
poliqon.info

10phrase_var_article.sources