AZ

Meksikada COP29-a həsr edilmiş tədbir keçirilib

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksika Mühəndis Həmkarlar İttifaqı Milli Birliyinin (Unidad Nacional de Asociaciones de İngenieros) təşkilatçılığı ilə təşkil edilmiş tədbirdə ölkəmizin COP29-a ev sahibliyi mövzusu ilə məruzəçi kimi çıxış edib.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Alisia Barsenanın iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir ilk öncə bu gün bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin artan rolunun sübutu kimi bütün ölkələrin yekdil dəstəyi ilə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29- a ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib.

Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyini bildirən diplomat cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrə üstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını vurğulayıb.

Habelə, iqlim dəyişikliyinin nə dərəcədə aktual və vacib məsələ olduğunu, iqlim dəyişikliyinin heç bir sərhəd tanımadığını, bütün ölkələrə təsir göstərdiyini xatırladaraq bu qlobal problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən söz açıb.

COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən bəhs edən səfir, bu təşəbbüslərin əsas məqsədinin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı ambisiyaları artırmaq, bu mövzu üzrə fəaliyyətə təkan vermək olduğunu vurğulayıb.

Bu xüsusda həm hökumət, həm də qeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəli sürülmüş bu qlobal təşəbbüslərə qoşulmağa çağırış edib. Tədbirdə çıxış edən Meksika Ətraf Mühit və Təbii Sərvətlər naziri A.Barsena Meksika hökumətinin iqlim dəyişikliyi ilə bağlı gördüyü işlər və COP29-dan gözləntilər barədə danışıb.

Seçilən
10
12
ekologiya.az

10Mənbələr