AZ

Qadınlardan ibarət millimiz Portuqaliyaya qarşı

Qadın futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gələcək. Vizelada baş tutacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanıb. Portuqaliya - Azərbaycan cütünün qalibi isə cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.

Seçilən
51
1
football-plus.az

10Mənbələr