Olaylar xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu baxımdan fermer təsərrüfatlarında tətbiq edilən pivot suvarma sudan daha qənaətlə istifadə etməyə (40%-ə qədər), məhsuldarlığı və suvarma səmərəliliyini artırmağa imkan verir:
"Bu gün ölkədə fermələrə müasir suvarma sistemlərinin (yağış yağdırma, damcı suvarma və s.) tətbiqi ilə bağlı dünyada alternativi olmayan dövlət dəstəkləri göstərilir. Bunun nəticəsidir ki, Azərbaycanda suvarılan əkin sahələrinin 10 faizində müasir suvarma sistemləri qurulub.
Bu baxımdan, fermer təsərrüfatlarında tətbiq edilən pivot suvarma sudan daha qənaətlə istifadə etməyə (40 %-ə qədər), məhsuldarlığı və suvarma səmərəliliyini artırmağa,sahədə su sərfiyyatını dəqiq hesablamağa,gübrə və digər kimyəvi maddələrin su ilə birgə tətbiq edilməsinə imkan verir, torpaq eroziyası riskini azaldır".
"Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olub ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Son illər Azərbaycanda kənd təsərrüfatının yeni qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətlərində əməli tədbirlər görülməkdədir.
Bu baxımdan, ölkədə torpaq və su ehtiyatlarının məhdud olması şəraitində aqrar sektorda qarşıya qoyulan əsas hədəflərdən biri də vahid sahədə məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir", - deyə məlumatda vurğulanıb.