AZ

Messi "Qızıl top"un təqdimat mərasimindən yazdı: Nə gözəl oğlandır

"İnter Mayami"nin və Argentina millisinin kapitanı Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib.

Publika.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:

“Qızıl top" mərasiminin bütün qaliblərini və namizədlərini təbrik edirəm. Xüsusilə Martines, nə gözəl oğlandır, dünyanın ən yaxşı qapıçısı üçün başqa bir mükafat!”

Qeyd edək ki, Bu il "Qızıl top"u "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb. "Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martines Lev Yaşin mükafatına layiq görülüb.

Seçilən
32
publika.az

1Mənbələr