Ukraynanın "Naftoqaz" şirkətinin iddiası əsasında Finlandiyadakı 5 Rusiya daşınmaz əmlakına həbs qoyulub. AFN.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.Nəşrin məlumatına görə, onlardan üçü Aland adalarında yerləşir.Helsinkinin mərkəzində yaşayış binası və Lauttasaari ərazisində inzibati bina, habelə Aland adalarında dəniz kənarındakı torpaq sahəsi də daxil olmaqla üç obyektə həbs qoyulduğu bildirilir.Həbs qərarı Ukraynanın “Naftoqaz” şirkətinin Haaqa Arbitraj Məhkəməsinin Krımda itirilən aktivlərinə görə kompensasiyanın ödənilməsi ilə bağlı qərarı çərçivəsində Rusiyadan 5 milyard dolların məcburi geri alınması proseduru ilə bağlı verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta