AZ

Ömrünə payız küləyi əsən Səxavət… - REPORTAJ

Gün o gün idi. Hamı onun nuruna toplanmışdı Heydər Əliyev Sarayına.

Unudulmaz sənətkar Səxavət Məmmədovu sevənlər, dostları, doğmaları demək olar ki, hamısı orda idi. Hamı Səxavətsiz

Səxavətli günləri yad edirdi. Sarayın foesində gözələyərkən ilk eşitdiyim söz bu oldu ki, bütün biletlər satılıb.  Heç də təəccüblü deyildi. Çünki Səxavəti sevənlərin nə qədər çox olduğunu bilirəm. Sarayın foesinə daxil olanda  birinci Qulu

Ağsəslə qarşılaşıram. Müsahibə verir. Adamla görüşməyi o qədər isti, mehribandır ki, sanki illərdir bir onunla həmsöhbətsən:

-Sən də burdasan?

-Bəli, Qulu müəllim.

-Bəs evin rəisi hanı?

-Burdadır deyib, xısın- xısın gülürəm. 

-Qorxma, mən sən tərəfəm. Baxma ki, kəndçilərimdir (gülür).

Beləcə Qulu Ağsəs Nadir Yalçını axtarır…

Sonra kənardan bir insan baxışlarıma tuş gəlir. Bu bir çox (onlarla) körpələrə şəfa verən Qadir həkim idi.  Bizim evdə ona “bizim doktor” deyirlər.  Qadir həkim həm də sinəsinə sıxdığı kamanla insanların məənəvi dünyasını işıqlandırır…

Konsertin başlamasına hələ bir neçə dəqiqə qalmışdı. Mərhum xanəndənin oğlu Şəhriyarı görürəm. Yaxin qohumları ilə bir arada söhbət edirlər. Nə qədər deyib gülsələrdə onun əl hərəkətləri , tez-tez boylanıb gələn insanlara baxmağı mənə yalnız bir şeyi izah edirdi: o, sanki gələn qonaqların içərisində atasını axtarırdı. Onun baxışları, kimisə həsrətlə gözləyən adamın baxışları qədər dərin və düşündürücü idi… Xanəndənin  qardaşı Sadıq Məmmədov  da qardaşının nakam dünyadan köçməsini kədərlə anır, onu hər zaman hər addımda unutmadığını söyləyir. 

Beləcə zalın qapıları açılır… Səxavət işığına yığılan insanlar zala daxil olur. Konsert mərhum xanəndənin məşhur “xarı bulbul” mahnısı ilə başlayır. Daha sonra  Xalq artisti Gülyanaq Məmmədova “Azad bir quşdum” mahnısıyla Səxavəti yad edir. Xalq artisti Mənsum Ä°brahimovun xoş avazı və səmimi çıxışı konsert iştirakçılarına zövq verir…

Əməkdar artistlər Almaz Orucova və Cabir Abdullayev də Səxavətin işığına yığılan tamaşaçıları sevindirməyi bacarırlar.  
Əməkdar artist Zakir Əliyev də özünəməxsus ifası ilə Səxavətsevənləri  sevindirir.

Daha sonra xanəndənin qardaşı Əliyar Məmmədov və qardaşı oğlu Anar Məmmədov “Sev məni” mahnısı ilə zalda əyləşənlərin alqışlarını qazanırlar.

Gənc xanəndə Şahmar Hacıyevin Səxavət Məmmədovla virtual duet  tamaşaçılar tərəfindən xoş qarşılanır.
Xalq artisti Mələkxanım Eyyubovanı da səhnədə yer alan sənətkarlar sırasında görürük.

Xanəndənin qardaşı Firuz Səxavət isə konsertdə səhnə alarkən ilk “Qardaş” muğamı ifa edib, daha sonra mərhum qardaşının yaradıcılığından mahnılar ifa edib. Firuz Səxavətin qardaşı ilə virtual dueti isə konsertdə iştirak edənlərin böyük marağına səbəb oldu. Nəcə qürurvericidir. Hər kəs ayaq üstə alqışlayır. O isə zala baxır və kövrəlir…Axı qardaşı ilə virtual oxuyur… Nə qədər qürurvericidirsə, o qədər də çətin hisdir…


Əntiqə Kərimzadə 
 

Seçilən
13
adalet.az

1Mənbələr