AZ

Gürcüstanın MSK-sı bülletenləri yenidən sayacaq - QƏRAR

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə bağlı öz məlumatlarını iki dəfə yoxlamaq üçün hər bir dairədə beş seçki məntəqəsinin bülletenlərinin yenidən hesablanması barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, dünən axşam saatlarında Tbilisinin mərkəzində müxalifət qüvvələrinin çoxminlik aksiyası keçirilib.

Birləşmiş müxalifət oktyabrın 26-da keçirilən və hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi seçkilərin nəticələrini tanımır.

Parlamentə daxil olan 4 müxalifət qüvvəsindən 3-ü mandatlarından imtina edəcəklərini açıqlayıb.

Gürcüstan prezidenti Salome Zurabişvili də seçkinin nəticələrini tanımadığını elan edib.

Seçilən
41
23
modern.az

10Mənbələr