AZ

Meksikada Ölülər Günü Festivalı başladı: İtmişlər kədər və göz yaşları yerinə sevinclə yad edilir




Meksikada hər il keçirilən “Ölülər Günü” festivalı başlayıb. Paytaxt Mexikoda küçələr yenidən rəngarəng olub.
Ölümə baxmayaraq, hər yer rəngarəng, küçələr canlıdır. Şimali Amerika ölkəsi Meksikada hər il oktyabr ayında “Ölülər Günü” festivalı keçirilir.Ənənənin başlanğıcının Azteklərə aid olduğu düşünülür. Meksikada ölüm "qorxulu bir son" olaraq qəbul edilmir. Əksinə, bu, "həyat dövrü" kimi qəbul edilir. Məhz buna görə də ölənlər kədər və göz yaşı yerinə sevinclə yad edilir.
Meksikalılar maraqlı geyimləri və səliqəli makiyajları ilə küçələrə çıxırlar. Qeyri-adi ənənənin bir hissəsi olaraq, meksikalılar vəfat etmiş yaxınlarını simvolizə edən şəkər kəllə heykəlcikləri və sevimli qoxuları, yeməkləri və bəzəkləri ilə qurbangahlar düzəldirlər. Festival noyabrın 2-dək davam edəcək.

aia.az
Tərcümə şöbəsi



Seçilən
87
aia.az

1Mənbələr