AZ

Media İnkişafı Agentliyinin Reyestrindən keçməyənlərə XƏBƏRDARLIQ

“Media İnkişafı Agentliyinin Reyestrindən keçməyənlərlə bağlı müzakirə olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Azərbaycanın media landşaftının yaradılması" layihəsi ilə bağlı keçirilən tədbirdə qeyd edib. Onun sözlərinə görə qanunvericilikdə tələb aydındır:

“Əgər sənin domen adın varsa, sən reyestrdən keçməlisən. Kim ki, keçmir, yəqin onunla bağlı müzakirələr olacaq. Amma sosial şəbəkələr üzərindən yayım verənlər də var. Qanunda bununla bağlı bənd də var. Platforma yayımçıları fəaliyyətini rəsmiləşdirmək istəyirsə, onlara platforma yayımçısı kimi lisenziya verilir. Amma məcburi deyil, könüllüdür".

Nuray, Bizim.Media

Seçilən
33
3
bizim.media

4Mənbələr