Rusiyanın Vladimir vilayətinin yerli təhsil idarələri məktəblərin yeni geyim qaydası çərçivəsində şagirdlərə hicab kimi dini geyim geyinməyi qadağan edib.Regional Təhsil və Gənclər Siyasəti Nazirliyindən bildirilib ki, qaydalara ibtidai və orta ixtisas təhsili alan şagirdlərin geyiminə dair standart tələblərlə bağlı yeni bənd əlavə edilib.Dəyişiklik təhsil müəssisələrində şagirdin dini inancını göstərən geyim və elementlərin olmasını qadağan edir.Yeni qaydaların Rusiya Konstitusiyasına uyğun olduğu bildirilib və son tənzimləmə ilə müsəlmanların xüsusi olaraq hədəf alınmadığı da irəli sürülüb.Qaydalara dəyişikliyin bir həftə ərzində qüvvəyə minəcəyini vurğulanıb.Qeyd edək ki, Rusiyanın müxtəlif regionları bu yaxınlarda təhlükəsizlik səbəblərini əsas gətirərək oxşar qaydalar tətbiq ediblər.Bu addımların bölgədə xristian və yəhudiləri hədəf alan son terror aktlarından sonra atıldığını bildirib.Mənbə: Russia Today
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta