AZ

İsveçdən Ukraynaya 63 milyon avro yardım

İsveç Ukraynaya müdafiə ləvazimatlarının alınması üçün 63 milyon avro yardım edəcək.

Turkustan.az xəbər verir ki, İsveç səlahiyyətliləri Ukrayna müdafiə sənayesi tərəfindən Kiyevə təhvil veriləcək hərbi texnikanın alınması üçün müvafiq qurumlara 20 milyon avro dəstək verəcəklərini açıqlayıb. Bəyanatda deyilir: “Ukraynada istehsalın artırılması ilə Avropanın ümumi müdafiə sənayesi bazası gücləndirilir”. İsveç rəsmilərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə sürətli və effektiv dəstək üçün daha 43 milyon avro göndəriləcək.

İsveç NATO-Ukrayna Fonduna hərbi texnikanın, o cümlədən F-16 döyüş təyyarələri üçün raketlərin alınması, ölkənin donanması üçün təlim və ya minalardan təmizlənməsi üçün töhfə verməyi planlaşdırır. Hökumətin məlumatlarına görə, İsveç 2022-ci ilin fevralından bəri Ukraynaya 57,4 milyard kron yardım ayırıb; Bunun 48,4 milyard kronu hərbi yardım olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
52
10
turkustan.az

3Mənbələr