ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərindəki Azərbaycan Evinin təşkilatçılığı ilə “Mənim sehrim” adlı rəsm sərgisi təşkil olunub.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, sərgidə 10 şagirdin ümumilikdə 40-dan çox rəsm əsəri nümayiş olunub. Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Mahmud Mahmudzadə də sərgiyə qatılıb.
Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova layihənin davamlı şəkildə həyata keçirilməsinin Azərbaycan icmasının birliyinə, uşaqların asudə vaxtının səmərəli təşkilinə xidmət etdiyini vurğulayıb.
Sərgidə uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.