Hizbullaha yeni lider seçilib.
Korrespondent.az xəbər verir ki, bu barədə qruplaşmanın özü məlumat yayıb.
Bildirilib ki, Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın müavini Naim Qasım yeni Baş katib seçilib. Qərarı təşkilatın Şura Şurası verib.
Qeyd edək ki, Şeyx Naim Qasim Hizbullah təşkilatının aparıcı fiqurlarından biridir və uzun müddətdir bu təşkilatın baş katib müavini vəzifəsini icra edir. O, Hizbullahın sabiq lideri Seyid Həsən Nəsrullahın ən yaxın müttəfiqlərindən biri kimi tanınır.
O, 1982-ci ildə "Hizbullah"ın qurucularından biri olub.