AZ

134 direktor və müavini işdən çıxarılıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır.

Ucnoqta.az xəbər verir ki, bunu Agentliyin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.

O qeyd edib ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir,  vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.

Agentliyin fəaliyyəti dövründə ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 134 nəfər direktor və direktor müavini işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq, şiddətli töhmət verilib.

Seçilən
16
12
ucnoqta.az

10Mənbələr