AZ

Norveç Ukraynaya 500 milyon avro ayırıb

Norveç Ukraynaya 500 milyon avro dəyərində yeni yardım paketi təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Jonas Gahr Store Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi dördüncü Ukrayna-Şimali Avropa sammiti iştirakçılarının birgə mətbuat konfransında bildirib.

"Norveç Ukraynaya ehtiyacları əsasında yardımı davam etdirmək istəyir. Söhbət onun hava hücumundan müdafiəsini gücləndirməkdən, o cümlədən enerji, dəniz və yükdaşımaları sahəsində dəstəkdən gedir. Bu məqsədlə Norveç Ukraynaya 500 milyon avro ayırır ki, bunun da böyük hissəsi – 350 milyonu ölkənin hərbi ehtiyaclarına yönəldiləcək", - deyə o qeyd edib.

 

Gözəl Həşimova

Seçilən
27
iqtisadiyyat.az

1Mənbələr