AZ

Gözündə linza ilə göldə üzən qadın kor olub

ABŞ-da qadın linza taxaraq göldə üzüb və bir gözü kor olub.

Qaziler.az xəbər verir ki, bu barədə “LADBible” yazıb.

Bruklin Makkaslend kontakt linza taxaraq üzdüyü çimərliyə getdikdən sonra sağ gözündə davamlı ağrılar hiss etməyə başladığını söyləyib. Qadın narahatlığın səbəbinin təsadüfən gözünə girən qum dənəsi olduğunu düşünsə də, simptomlar getmədikdə həkimə müraciət etmək qərarına gəlib.

Həkim ona antibiotiklər yazıb, amma dərmanlar kömək etməyib. Üstəlik, vəziyyət o qədər pisləşib ki, Bruklin çalışdığı iş yerindən məzuniyyət götürməli olub. Bir neçə müayinədən sonra həkimlər ona sağ gözündə görmə itkisinə səbəb olan “acanthamoeba” keratiti diaqnozu qoyublar.

Bu, “acanthamoeba” kimi tanınan mikroskopik bir orqanizmin görmə üçün yaratdığı təhlükəli infeksiyadır. Parazit adətən çiy suda olur və ehtimal edilir ki, kontakt linza göl suyu ilə təmasda olduqda Bruklinin gözünə daxil olub.

İndi amerikalı qadın 5000 dollar dəyərində buynuz qişa transplantasiyası əməliyyatı keçirməli, həmçinin sığorta ilə təmin olunacağına ümid etdiyi 62 min dollar dəyərində müxtəlif dərmanlar almalıdır.

QAZİLER.AZ

Seçilən
37
qaziler.az

1Mənbələr