AZ

Nazir müavini Azərbaycanda meymunçiçəyi ilə bağlı vəziyyətdən DANIŞDI

“Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı aktivlik sıfır səviyyəsindədir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Qeyd edək ki, son aylarda dünya mətbuatında meymunçiçəyi virusu ilə bağlı xəbərlər geniş yer almaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra ölkələrdə bu xəstəliyə yoluxma hallarının artdığını bildirərək narahatlığını ifadə edib.

Meymunçiçəyi ilk dəfə 1958-ci ildə laboratoriya meymunlarında aşkar edilib və ilk insan yoluxması 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. Virusa, əsasən, Mərkəzi və Qərbi Afrikada rast gəlinir. Lakin son vaxtlar Avropa, ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə də yoluxma halları müşahidə olunur.

Xəstəliyin əlamətləri arasında hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrıları, arxa ağrıları, limfa düyünlərinin şişməsi, üşütmə və taqətdən düşmə yer alır. Yoluxmadan bir-beş gün sonra xarakterik səpgilər əmələ gəlir. Xəstəlik, adətən, iki-dörd həftə davam edir və əksər hallarda özü-özünə keçib gedir. Ölüm faizi 3-6% arasında dəyişir.

Seçilən
26
editor.az

1Mənbələr