AZ

Risklərin idarəedilməsi departamenti-baş mütəxəssis - VAKANSİYA

"Ziraat Bank Azərbaycan" ASC, Risklərin idarəedilməsi departamenti-baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq;
  • Kredit sahəsi üzrə məhsul/xidmət satışa çıxarılmadan əvvəl yarana biləcək risklər üzrə araşdırma aparılmasında və risklərin idarə olunması ilə bağlı təkliflər verilməsində iştirak etmək;
  • Bankın erkən xəbərdarlıq modelinə uyğun Kredit Monitorinq sistemini qurmaq və həyata keçirmək, kredit monitorinq meyarlarını müəyyən etmək;
  • Girov əmlaklarının qiymətəndirilməsi fəaliyyətinin və prosesinin təhlili və qiymətləndirilməsini həyata keçirmək;
  • Borcalanları risk reytinqləri üzrə təsnifləşdirmək məqsədilə hazırlanmış Daxili Risk Reytinqi sistemini qiymətləndirmək və dövri olaraq yenilənməsini təmin etmək;
  • Kənd təsərrufatı kreditləri üzrə borcalanın qanunvericiliklə kənd təsərrüfatı sahələri üzrə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlamaq;
  • Mövcud olduqda borcalanın, emitentin və kontragentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar dəyərini izləmək;
  • Bankın borcalanlarının maliyyə vəziyyətinin və girovların durumunun, girovun saxlanma şəraitini məsafədən və yerində monitorinqini həyata keçirmək, nəticələrini sənədləşdirmək və təqdim etmək;
  • Kredit Risk hesabatlarının hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Ali iqtisadi təhsil; 
  • Bank sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən kreditləşdirmə sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Ümumi bank işi haqqında məlumatlar, bank qanunvericiliyini, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərini, bankdaxili normativ sənədlərin tələblərini bilməlidir. Kredit risklərinin idarəolunması təcrübəsindən xəbərdar olmalı və kreditləşdirmə praktikasına malik olmalıdır. Beynəlxalq təcrübədən xəbərdar olmalıdır;
  • Araşdırma, təhlil etmə və analitik düşünmə bacarıqları, hesabat tərtib etmə;
  • Müştərilər ilə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Maliyyə sahəsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
  • Kompüter bilikləri (MS Office (xüsusi ilə yüksək Microsoft Excel bilikləri)).
  • Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.

CV-nizi cv@ziraatbank.az elektron ünvanına göndərə bilərsiniz.

Zemfira Ms
Fins.az

Seçilən
4
1
fins.az

10Mənbələr