Nüvə silahı ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin strateji nüvə qüvvələrin təlimində çıxışı zamanı bildirib.
O qeyd edib, strateji nüvə çəkindirici qüvvələrin təlimi zamanı raket buraxılışları məşqi işləniləcək.
Putin vurğulayıb ki, Rusiya strateji çəkindirmə qüvvələrini təkmilləşdirməyə davam edəcək, bunun üçün ölkənin resurslar var: "Rusiyanın strateji çəkindirici qüvvələri raket hücumundan müdafiə sistemləri ilə təchiz olunub. Nüvə triadası Rusiyanın suverenliyi və təhlükəsizliyinin etibarlı qarantı olaraq qalır".
O, Rusiya silahlanma yarışına cəlb olunmağa hazırlaşmadığını vurğulayıb.