AZ

Qardaşı arvadını qətlə yetirən şəxsə hökm oxunub

Qardaşı arvadını qətlə yetirməkdə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən Elgiz Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 2-də Ağcabədi rayonunun Sarıcalı kəndində baş verib.

Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Nəzmiyyə Məhərrəmovanı onu ata evində bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Seçilən
3
4
avtosfer.az

5Mənbələr