Məşhur müğənni Gülşen Çolakoğlunun atası Arslan Bayraktar dəfn edilib.
İNFOAZ.WS “Haber Global”a istinadən xəbər verir ki, atasının dəfninə qatılan ifaçı göz yaşlarına hakim ola bilməyib və ayaqüstə çətinliklə dayanıb.
Bayraktarın cənazəsi Qaziantepdən götürülərək doğulduğu Ordunun Altınordu rayonuna gətirilib.
Mərasim zamanı evlərinin önündə çəkilən fotolarda Gülşenin hüznlü və kədərli anları əks olunub.
Xatırladaq ki, 79 yaşlı Arslan Bayraktar ötən gün ifarktdan vəfat edib.