AZ

Avropa Komissiyası Çinlə “müharibə” yolunu tutdu: Yekun qərara görə...

Avropa Komissiyası (AK) Çindən Avropa İttifaqına elektriklə işləyən avtomobillərin idxalına 5 il müddətinə 35,3 faizə qədər rüsumun tətbiqini rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki, Komissiya yekun qərarla bağlı açıqlamasında tərəflərin kompromis həll yolunu axtarmağa davam edəcəyi də vurğulanır. Aİ-nin yüksək səviyyəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, rüsumun Avropa Komissiyası tərəfindən təsdiqlənməsinə baxmayaraq, tərəflərin texniki qrupları kompromis həll yolu tapmaq üçün danışıqları davam etdirir.

Diplomatın sözlərinə görə, Avropa Komissiyasının qərarı bu gün Aİ-nin Rəsmi Jurnalında dərc edilməklə oktyabrın 31-də qüvvəyə minəcək.

Xatırladaq ki, iyulun 4-də Aİ Çindən gələn elektrik avtomobillərinə 17,4 faizdən 37,6 faizə qədər rüsum tətbiq edib. Avropa Komissiyasının məlumatına görə, bu tariflər “qeyri-qanuni subsidiyalarla” mübarizə üzrə 9 ay davam edən araşdırmanın nəticələrinə əsasən tətbiq edilib. Avropa İttifaqının ən yüksək icra orqanı Çinlə bu mövzuda məsləhətləşmələrin “son aylarda intensivləşdiyini” və Avropa tərəfinin məsələni Ümumdünya Ticarət Təşkilatının normalarına uyğun olaraq danışıqlar yolu ilə nizamlanmaya nail olacağını açıqlayıb.

Öz növbəsində, Çin Ticarət Nazirliyi Çinin elektromobilləri üçün Avropa rüsumları ilə bağlı araşdırmaya başlayıb.

 

Musavat.com

Seçilən
34
1
musavat.com

2Mənbələr