İsrailin müdafiə naziri Yoav Qallant Hizbullahın yeni Baş katibi Naim Qasımı ölümlə hədələyib.
Senzor.az bildirir ki, bu barədə İsrail müdafiə naziri X hesabında paylaşım edib.
“Təyinat müvəqqətidir və uzun müddət çəkməyəcək”, - Qallant bildirib.
Qeyd edək ki, Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın müavini Naim Qasım bu gün təşkilatın yeni Baş katibi seçilib.