Qara, tünd rəng üzüm ağ üzümə nisbətən daha çox antioksidantlarla zəngindir.
Redaktor.az xəbər verir ki, həkim Yelena Solomatina qara üzümün tərkibində olan polifenollar qocalmanın qarşısını alır, ürəyi gəncləşdirir.
“Üzüm özü ürək-damar, sinir sistemini qoruyur, turşu-qələvi mühitini yaxşılaşdırır, oksidləşmə prosesinin qarşısını alır.
Əlavə olaraq, üzümdə çox miqdarda kaliy var ki, o da bədəndən artıq mayeni çıxarır, təzyiqi salır.
Maqniy isə bağırsaq və sinir sistemini gücləndirir.
Diabet, insulin dirənçi xəstəliyi olanlar üzümü çox az yeməlidir, çünki qanda şəkəri kəskin qaldırır”.