1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Aİ və NATO xüsusilə avtoritar dövlətlərdən gələn təhdidlərə qarşı yeni yüksəksəviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rüttenin Brüsseldə keçirilən görüşlərinin yekunlarına dair bəyanatda deyilir.
Qeyd olunur ki, belə avtoritar dövlətlər ümumi maraqlara, dəyərlərə və demokratik prinsiplərə meydan oxuyurlar.
"Bu inkişaf edən təhdid və çağırışları həll etmək üçün sədr fon der Lyayen və baş katib Rütte bu gün mövcud Aİ-NATO əməkdaşlığını gücləndirmək üçün yeni yüksəksəviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəliblər", - bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, işçi qrupun ilk iclasının yaxın həftələrdə planlaşdırılacağı gözlənilir.