AZ

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"

Qobustanda arvadı, 42 yaşlı Günel Tahir qızı Sadıqovanı öldürən 51 yaşlı Mürsəl Əlislam oğlu Cabbarovun məhkəmə prosesi yekunlaşıb.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Cabbarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin 12 mart tarixində baş verib. Mürsəl Cabbarov arvadını iplə boğaraq öldürdükdən sonra bıçaqla özünə xəsarət yetirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə aralarındakı mübahisə barədə danışıb:

"Aramızda ciddi bir mübahisə olmamışdı. Uşağı danladıqdan sonra Günel evi tərk edib atasından qalan evə getdi. Hadisənin bu cür nəticələnəcəyini ağlıma belə gətirməzdim. Özümü idarə edə bilməmişəm. Sadəcə Günelin "Boğ məni!" deməsini xatırlayıram və mən də onu boğdum. Başqa bir məqsədim olmayıb" , - deyə Cabbarov bildirib.

Seçilən
11
4
publika.az

5Mənbələr